Azərbaycanda sığorta bazarında dəyişiklik

Bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 139,114 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.

Ötən ay sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı