22 milyonluq şəhər susuz qala bilər

Mexiko şəhəri su böhranı ilə üzləşib. Şəhərin həftələrdir su qıtlığından əziyyət çəkdiyi açıqlanıb

Metbuat.az CNN-ə istinadən bildirir ki, quraqlıq və yağışların az yağması səbəbindən şəhərin su təchizatında gərginlik yaranıb. Buna görə də, Meksika hökuməti su anbarlarına ciddi məhdudiyyətlərin tətbiqinə başlayıb.

Mütəxəssislər yaxın gələcəkdə Mexikonun susuz qalacağından narahatdırlar.

Qeyd edək ki, Mexikonun təxminən 22 milyon əhalisi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı