Novruz çərşənbələri ilə bağlı əhaliyə çağırış edildi

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır.

"Odur ki, qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı