​Ötən il Azərbaycandan Ümrə ziyarətinə 15 mindən çox zəvvar gedib

Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib.

Metbuat.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 min 380-nə çatıb.

"Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından daha çox zəvvar və ziyarətçinin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik", - nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.

O, həmçinin qeyd edib ki, Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb:

"“Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslər artıb. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı