Kanalizasiyadan ... qızıl

Kanalizasiyadan ... qızıl
17:58 19 Yanvar 2015
176 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Belə bir qənaətə Arizona Ştatı Dövlət Universitetinin alimləri (ABŞ) gəliblər.
Alimlər tərkibində həyat fəaliyyəti, leysan, çirkab, sənaye tullantıları və bir çox digər şeylər olan kanalizasiya suların çöküntülərini öyrəniblər. Nəticələr inanılmaz olub: bir milyon adamın bir il ərzində hasil etdiyi tullantıların tərkibində 2,6 milyon dollarlıq qızıl və gümüş var.
Hazırda kanalizasiyadan qızıl çıxartmaq əsla sərfəli deyil, lakin alimlər bu problemi həll etməyi qarşılarına məqsəd qoyublar. Ola bilsin, tezliklə bir çox ölkələrdə zəngin metal ehtiyatları kanalizasiyadan bərpa edilən qızılın hesabına artırılacaq.
Son illər bir çox ölkələrdə tullantıların emalına çox böyük diqqət yetirilir. Tədqiqatçılar təbiətə vurulan ziyanı azaltmaq üçün tullantı məhsullarından yeni materiallar sintez etmək yollarını axtarırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kanalizasiyadan__qizil-825843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR