Azan əsgərimizin anası: "Dünən səhər danışmışdıq" - VİDEO

“Axırıncı dəfə dünən səhər danışmışdıq. Dedi, yaxşıyam, narahat olma, hər şey yaxşıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında bu gün səhər saatlarında Laçında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun anası bildirib.

Oğlunun Ermənistan tərəfindən saxlanılmasından narahat olan ana onun qaytarılması üçün kömək istəyib: “Ruslan 2005-ci il mayın 9-da anadan olub. Ötən il iyulun 8-də əsgər gedib.

Prezidentimizdən kömək istəyirəm, xahiş edirəm, mənim balamı gətirsinlər...”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı