Prokuror təyin edilən Emil Kərimov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Qubadlı rayonuna prokuror təyin edilib. Baş Prokuror Kamran Əliyev müvafiq əmri ilə Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat edilib.

Metbuat.az Emil Kərimovun dosyesini təqdim edir:

Kərimov Emil Əli oğlu, 12.08.1979-cu ildə Qubadlı rayonunun Qiyaslı (hazırda Altınca) kəndində anadan olmuş, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

2002-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilərək, Tərtər hərbi prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Azərbaycan Respubkikası Hərbi prokurorunun böyük köməkçisi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifələrində qulluq keçmişdir.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun və Hərbi prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır. Ədliyyə polkovnikidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR