"Bayer 04"lə oyun öncəsi "Qarabağ"ın hücumçusu sıradan çıxdı

Hazırda davam edən futbol üzrə Azərbaycan premyer liqası çərçivəsində oynanılan "Qəbələ" - "Qarabağ" matçında rəqib komandanın hücumçusu Olavia Juninyo zədələnib.

Metbuat.az xəbər verir ki, futbolçu oyuna davam edə bilməyərək matçın 40-cı dəqiqəsində əvəzlənməsini istəyib. Juninyo Leandro Andrade ilə əvəzlənib. Futbolçunun zədəsinin nə dərəcə ciddi olmasına yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" "Bayer" matçları martın 7-də Bakıda, 14-də Leverkuzendə baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı