"Barselona"dan 1 milyardlıq imza - İstedadlı futbolçu razılıq verdi

“Barselona” Lamin Yamalla müqaviləni uzatmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar məhsuldar davam edir. Lamin Yamal klubda qalmaq istədiyini ifadə edib. “Mundo Deportiv”onun məlumatına görə, “Barselona” 16 yaşlı Yamalla yeni sözləşmə imzalamaq üçün ilkin razılıq əldə edib. Futbolçunun 18 yaşı tamam olmadığına görə, tərəflər peşəkar müqavilə imzalaya bilmir. Bildirilir ki, 18 yaşı tamam olandan sonra futbolçunun müqaviləsi daha 4 il artırılacaq. Onun sərbəst qalma məbləği isə 1 milyard avro olacaq.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində La Liqada 25 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı