Putin yenə nüvə silahı ilə təhdid etdi: “Qərb Ukraynaya dəstək verərsə...”

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı bildirib ki, Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir. V. Putinin açıqlamasında qeyd olunub ki, “Çirkon” dəniz əsaslı hipersəs hücum kompleksi artıq döyüşlərdə istifadə olunub, üstəlik “Sarmat” kompleksi də qoşunlara təhvil verilib və bunu tezliklə nümayiş etdirəcəklər.

Putinin nüvə qüvvələri ilə bağlı açıqlamasını Metbuat.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Rusiya özbaşına deyil, onun da qərarlarına digər dövlətlərin təsir mexanizmləri var:


“Putin başa düşür ki, həm Rusiya, həm də Ukrayna üçün son mərhələyə yaxınlaşıblar. Amma müharibə uzun müddət də davam edə bilər. Bu qaçılmazdır. Çünki Rusiyanın irəliləməsi Qərbin Ukraynadakı planlarını alt-üst edə bilər. Ona görə də, Qərb yavaş-yavaş buna qoşulmaq istəyir. Bu yaxınlarda Böyük Britaniya strateji tərəfdaşlıq müqaviləsi bağladı. Ukrayna Skandinaviya ölkələrində bu müqaviləni bağlamaqla bərabər, digər Avropa dövlətlərinin də strateji tərəfdaşdır. Yəni, Kiyev müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməklə Ukraynaya hərbi yardımlarına tam legitimlik qazandırıb. Bu da müharibənin gedişinə təsir amili kimi dəyərləndirilir. Hesab edirəm ki, Amerikanın da yardımları arta bilər. Fransa prezidenti Emanuel Makron bildirdi ki, biz Ukraynaya uduzmağa imkan verməyəcəyik. Görünür, Ukraynanın uduzmağı Qərbin planlarına ziddir”.

Rusiya-Ukrayna müharibəsinə NATO-nun müdaxilə imkanları barədə danışan politoloq hesab edir ki, əgər bu baş verərsə, Rusiyanın nüvə silahına əl atacağı istisnadır:

“Putinin nüvə silahı ilə bağlı açıqlamaları blev xarakteri daşıya bilər. Onun bu addımı atmasına imkan verməyəcəklər. Nəticədə, bəşəriyyət sıradan çıxa bilər. Son nüvə başlıqları çox təhlükəli və dağıdıcı olduğu üçün bu məsələ xüsusilə önəmlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı