Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi Agentliyinin prezidenti Haluk Gürgönlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar müdafiə sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi və mümkün asanlaşdırma sahələrini müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı