NK-dan vacib qərar: Benzin ucuzlaşacaq?

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:

Bunun qiymətlərə təsiri barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu tip benzinlərin qiyməti Tarif Şurası tərəfindən sabit şəkildə müəyyənləşdirilib:

“Bildiyiniz kimi, neftayırma zavodları tam istismara verilməyib. Bu məhsullar da idxal olunduğuna görə, struktur ciddi ziyana düşməsin deyə aksiz dərəcələri azaldılıb. Başqa bir məsələ yoxdur. Nazirlər Kabinetinin keçən il də analoji qərarı olmuşdu. Əminliklə deyə bilərəm ki, aksiz dərəcələrinin azaldılması qiymətlərə heç bir təsir etməyəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı