Günəş küləyinin maksimal sürəti 578 km/san-dək artıb

Hesabat dövrü ərzində Günəşin fəallığı azalaraq, maksimal sinifli alışma 3571 oblastındakı M.18 sinifli alışma olub.

Metbuat.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Alışmalar nəticəsində II tip radioemissiya baş vermişdir. Hesabat dövrü ərzində bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 91 ləkə müşahidə olunur. Yerə təsir göstərəcək Tac Dəlikləri qeydə alınmır. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 578 km/san-dək artıb. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -17 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (375 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə 6 nT təşkil edir.

Hesabat dövründə 27 fevralda proqnozlaşdırıldığı kimi geomaqnit sahəsinin intensivliyi qısa müddətli G1 səviyyəsinə yüksəlmişdir. 03 martda isə 28 fevralda baş vermiş TKA-nın təsiri ilə geomaqnit qasırğası başlamış və G2 (orta) səviyyəsinədək yüksəlib. Hazırda Kp indeksi 4-ə bərabərdir.

Proqnoz günlərində (04-10 mart) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə bu gün artacağı, daha sonra normal olacağı gözlənilir.

Geomaqnit sahəsinin 05 martda sakitləşəcəyi, sonra isə sakit olacağı proqnozlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı