Putin Ermənistanda "Ukrayna ssenarisi"ni təkrarlayacaq? - AÇIQLAMA

"Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən çalışır ki, Rusiyadan uzaqlaşsın. Ermənistanı Rusiyaya məxsus olan bloklardan, iqtisadi-siyasi hərbi birliklərdən, xüsusilə KTMT-dən çıxarsın".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, Ermənistanın istəyi Qərbə inteqrasiya etmək və Rusiyanın Ermənistan ərazisindəki hərbi bazasını ləğv etməsidir:

"Ermənistan hava və quru sərhədlərini Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Rusiya isə Ermənistana müqavimət göstərir. Ermənistanı məcbur edir ki, KTMT təlimlərində iştirak etsin və KTMT-nin iclasını Ermənistanda keçirsin. Həmçinin Zəngəzur dəhlizində məhz rus hərbiçiləri olsun".

Politoloq qeyd edib ki, Ermənistanın Rusiyaya müqavimət göstərmək imkanı zəifdir:

"Çünki, Ermənistan bütün silahları Rusiyadan alır. Ermənistanın bütün infrastruktur, dəmir yolu xətləri Rusiyanın nəzarətindədir. İrəvan Rusiyadan iqtisadi olaraq çox asılıdır. Bütün bunları birdən-birə itirmək təbii ki, Ermənistan üçün çətin olacaq.

Digər tərəfdən Rusiya da Paşinyanın bu açıqlamalarına çox qısqanc yanaşır. Dəfələrlə onu 3-cü Zelenski olmaqda ittiham edib. Rusiya da açıq şəkildə mesaj verdi ki, onlar üçün Ukrayna ssenarisini təkrarlamaq problem deyil. Bununla da, Rusiya Ermənistanı qorxudur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı