Qoz ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. Gün ərzində 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər.
Metbuat.az xarici mediaya istinadən qozun faydalarını tədqim edir:
- Beyin sağlamlığını qoruyur, yaddaşı gücləndirir.
- Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir.
- Ürək sağlamlığını qorumağa kömək edir.
- Bağırsaq sağlamlığını dəstəkləyir.
- Xərçəng riskini azaldır.
- Depressiyaya qarşı təsirlidir.
- Yuxunu nizamlamağa kömək edir.
- Orqanizmdə iltihabı azaldır.
- Diabet riskini azaldır.
- Qan təzyiqini aşağı salır.
- Dərinin sağlamlığını qoruyur.
Həmçinin Qozda olan omeqa-3 yağ turşuları və yüksək antioksidantlar beynin daha funksional fəaliyyətinə müsbət təsir göstərir. Sağlam yağ turşuları, antioksidantlar, polifenollar və E vitamini beyindəki iltihabı və oksidləşdirici zədələnməni azaldır və qarşısını alır, bu da yaddaş problemlərinin aradan qaldırılmasında və Alzheimer xəstəliyi riskinin azaldılmasında xüsusilə təsirlidir. Qozda olan E və F vitaminləri dərini zərərli sərbəst radikallardan qorumağa kömək edir və həmçinin qırışlarla birlikdə dərinin qurumasının qarşısını alır.
Seyranə Quliyeva / Metbuat.az