“Paşinyanın kənd iddiası əssasızdır, ordumuz bir addım da geri çəkilməyəcək” - AÇIQLAMA

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın 31 Ermənistan kəndinə nəzarət etməsi ilə bağlı səsləndirdiyi bəyanat həqiqəti əks etdirmir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhəddinin şərti hesab olunduğunu bildirən hərbi ekspert vurğulayıb ki, Paşinyanın bəyanatının heç bir əsası yoxdur:

“Niyə itki verdik?” -

“Məsələ ondadır ki, bu sərhədlər indiyə qədər delimitasiya olunmayıb. Azərbaycan ilə Ermənistan arasında mövcud olan inzibati sərhədləri Ermənistanın dövlət sərhədi kimi qələmə verməsi tamamilə absurddur. Paşinyanın bəyanatlarına əsasən xəritədə görünür ki, Azərbaycan artıq Zəngəzur dəhlizi hesab olunacaq ərazilərin ən azından yarısına tam nəzarət edir. Bu isə həqiqətə uyğun deyil. Azərbaycan ordusu hazırda şərti dövlət sərhədindədir, çünki bura məhz erməni erməni silahlılarının təxribatlarına cavab olaraq yerləşib”.

Azərbaycan Ermənistan ərazisində yerləşən və ermənilərin yaşadığı heç bir kəndə müdaxilə etmədiyini qeyd edən ekspert xatırladıb ki, Ermənistan bu günə qədər hələ də səkkiz Azərbaycan kəndini işğal altında saxlayır:

“Azərbaycan ordusunun hazırda yerləşdiyi mövqelər Ermənistan ordusunun mövqelərindən kifayət qədər əlverişlidir.Bu kəndlərdən bəziləri hətta strateji yüksəklikdə yerləşir. Bu da Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə Ermənistanın böyük ərazilərini müşahidə altında saxlamağa imkan verir. Biz də bunu heç bir zaman inkar etməmişik. Hazırda Azərbaycan ordusunun mövqeləri Ermənistanın həm eninin, həm də uzununun böyük bir hissəsini müşahidə etməyə imkan verir. Bu gün biz Daşkəsən və Kəlbəcər Laçın dağlarına baxdıqda nəyinki Ermənistanın Azərbaycanda sərhəddə yerləşən 200-dən artıq kəndini, hətta Türkiyə ilə Ermənistanın yenə də delimitasiya olunmamış sərhədlərini müşahidə edirik”.

Ədalət Verdiyev onu da deyib ki, Ermənistanın ərazisi bu qədər kiçik, ordusunun fərarilərdən ibarət olması, əlverişsiz olan mövqelərdə yerləşməsi bizim günahımız deyil:

“Bu mövqelərə Azərbaycan ordusu qanı-canı bahasına yerləşib. Paşinyan Azərbaycan ordusunun və sərhəd xidmətinin bölmələrinin geri çəkilməsi üçün gah güzgü şəklində geri çəkilmə, gah da Azərbaycanın Ermənistan ərazilərinə müdaxiləsi barədə bəyanat səsləndirməsi heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan mövqelərindən bir addım da geri çəkilməyəcək. Tələblərimiz yerinə yetirilməyənə qədər Ermənistan özünütəcrid vəziyyətində və dalanda “şpaqat” halında qalmaqda davam edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı