Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla Azərbaycanın bütün ərazisində fevralın 7-də əmin-amanlıq şəraitində keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.
Zati-alinizin və cənab Prezidentimizin rəhbərliyi ilə ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən bənzərsiz dostluq və qardaşlıq münasibətləri regionumuzda sülhün və sabitliyin ən böyük təminatıdır.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırır, dərin ehtiramımı bildirirəm".