Kağız reseptlərə son qoyulacağı müddət açıqlandı

Hazırda “Elektron Resept” (reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin il ərzində bu sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzinin Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.

O bildirib ki, hazırda elektron resept sistemində həkim tərəfindən təyin ediləcək dərman vasitəsini istər onun adına görə, istərsə də təsiredici maddəsinə görə axtarmaq imkanı var.

“Davam edən maarifləndirmə tədbirləri, sistemin istifadə qaydasının öyrədilməsi, tibb müəssisələri və pərakəndə satış ilə məşğul olan əczaçılıq müəssisələrində istifadə edilən sistemlərin “Elektron Resept” (reseptim.az) sisteminə inteqrasiyası bitdikdən sonra elektron reseptdə yalnız təsiredici maddənin adı qeyd olunacaq. Bu məsələyə nəzarət özəl tibb müəssisələrində və pərakəndə satış əczaçılıq müəssisələrində aparılacaq plan üzrə və plandankənar yoxlamalar zamanı həyata keçiriləcək.

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətinin keçdiyi hallarda sertifikasiya imtahanına cəlb edilirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, Elektron Resept Sisteminin istifadəsi istər Reseptim.az internet resursu vasitəsilə və ya mobil telefon istifadəçiləri üçün "Reseptim" mobil əlavəsi vasitəsilə istifadə etmək mümkündür”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı