Regionlardakı kolleclərdə nöqsanlar aşkarlandı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Şamaxı Dövlət Regional Kolleci və Şəki Dövlət Regional Kollecində olublar.

Aparılan monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb. Həmçinin tədris sənədləri yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, orta ixtisas müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı