"Sülh sazişi ən çox Ermənistana lazımdır" - Deputat

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla möhkəm sülh sazişi bağlamaq imkanına malikdir. Bəs sazişin tez bir zamanda imzalanması realdırmı?

Bu barədə Metbuat.az-a danışan deputat Fazil Mustafa deyib ki, ürəkdən olmasa belə, sülhv müqaviləsini Ermənistan tərəfinin dilə gətirməsi müsbət haldır:

Çünki biz sülhü məhz təkliflərlə, içi boş olmayan variantda Ermənistana təqdim etmişik. Onlardan cavab gözləyirik. Əgər onlar bu addımları atmağa hazır olarlarsa, bizim hər hansısa problemimiz yoxdur".

O bildirib ki, belə bir addımın atılması hamımız üçün faydalı olar.

"Bölgədə sülhün bərpa olunması ən çox Ermənistana lazımdır. Ona görə də bu addımın atılması, müəyyən dərəcədə bir ortaq nöqtəyə gəlinməsi yaxşı olar. Ermənistan tərəfindən deyilən fikirlərin nə qədər səmimi olduğu isə bundan sonrakı prosesdə bəlli olacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı