Millət vəkilinin oğlu işdən çıxarıldı

Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı