Kəndlər qaytarılmasa, Azərbaycan əsgərinin gücü ilə alacaq - Politoloq

"Ermənistan o kəndləri gec ya tez boşaltmalıdır. Ola bilər ki, prosesi ləngitmək üçün müəyyən bəhanələr gətirə bilərlər. Amma bu bəhanələr Ermənistanın həmin əraziləri Azərbaycana qaytarması məsələsini kənarda qoya bilməz. O ərazilər Azərbaycanın tarixi əraziləridir. Bunu Ermənistan hökuməti özü də qəbul edir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, kənar güclərin təsiri altında Ermənistan bu məsələdə müxtəlif manupulyasiyalar edə bilər:

"Amma bu cəhdlər də öz nəticəsini verməyəcək. Çünki, Azərbaycan qəti olaraq bununla bağlı fikrini bildirib. Həmin ərazilər Azərbaycana verilməlidir. Öncə anklav olmayan ərazilər, hansı ki, Azərbaycanla sərhəddədir, onlar qaytarılmalıdır. İkinci mərhələdə isə digər kəndlərin qaytarılması məsələsi nəzərdə tutulub".

Ekspert qeyd edib ki, prosesi ləngitmək üçün cəhdlərin olacağı qaçılmazdır:

"Belə bir hal olacaqsa, Azərbaycan buna müdaxilə etmək hüququna sahibdir. Bunun edilib-ediləməyəcəyi isə hadisələrin gedişatından asılıdır. Amma hər bir halda bu Azərbaycanın legitim hüququdur. Əgər torpaqlar qaytarılmasa, Azərbaycan oranı öz əsgərinin gücünə geri qaytarıb, ərazisinə birləşdirəcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı