İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib. “Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik”, - israili diplomat HƏMAS rəhbərliyini nəzərdə tutaraq deyib. O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”.
Qeyd edək ki, martın 7-də İsrailin Baş naziri döyüş zonasını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib.