İrakli Kobaxidze Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb.

Metbuat.az xəbər verir ki, Baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.

Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.

Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı