Qobuda itlərin dişlədiyi uşaq sağalır - VİDEO

Xəbər verdiyimiz kimi, Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyətində müsbət irəliləyiş hiss edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, martın 3-ü tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti orta-stabildir:

“Səhhətində müsbət dinamika müşahidə edilir. Müalicələri palatada davam etdirilir”.

Xatırladaq ki, hadisə Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. İt azyaşlıya hücum edib. Uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı