Avropanın bu klubu Juninyonu istəyir

“Qarabağ”ın futbolçusu Juninyo Avropa klublarının diqqətini cəlb etməkdədir. Ötən gün mediada Braziliyalı hücumçu üçün Fransa klubundan təklif gəldiyi bildirilib. Məlumata görə, Liqa 1-də mübarizə aparan “Lans” Juninyonu yayda transfer etməkdə maraqlıdır. Eyni zamanda, Fransa klubunun skautları Juninyo üçün Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” görüşünü stadiondan canlı izlədikləri də bildirilir. Bəs Juninyo üçün “Qarabağ”a hər hansı bir rəsmi təklif gəlibmi?

Metbuat.az Referans.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, hazırda heç bir transferdən söhbət getmir:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda transfer pənəcərəsi açılmayıb, buna görə də, bu mövzudan söhbət gedə bilməz. Təklif məsələsi yalnız transfer pəncərəsi açıldıqdan sonra bu barədə müzakirələr gedə bilər. Komanda hazırda iki gün sonra baş tutuacaq Bayerlə oyuna köklənib. Bundan başqa hər hansı bir məsələ ilə bağlı yaxşı olar ki, futbolçuların adı hallanmasın”.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR