"Dedilər ki, sabahdan gəlmə" - İşdən çıxarılan baş həkim

Tanınmış radioloq həkim Aydın Əliyev İstanbul Hospitalının baş həkimi vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, sabiq baş həkim bu barədə özü məlumat verib. O, qanunsuz olaraq vəzifəsindən azad edildiyini bildirib: “Səbəbini bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni çağırıb dedi ki, işdən azad olunursan, sabahdan işə gəlmə. İnsanı işdən çıxarmaq bu qədər asandırmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”

Qeyd edək ki, radioloq Aydın Əliyev 2021-ci ildən İstanbul Hospitalda baş həkim vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı