“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin yeni komandası bəlli olub.
Metbuat.az İdman.biz-ə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis əvvəllər də çalışdırdığı “Krasnodar”ın baş məşqçisi təyin ediləcək.
Onunla imzalanacaq müqavilə mövsümün sonunadək nəzərdə tutulub. Əgər Musayev komandanı ilk “üçlük”də saxlasa, onunla müqavilə uzadılacaq.
Qeyd edək ki, Musayev bu vəzifədə Vladimir İviçi əvəzləyib.