Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəkləyib - Dövlət başçısı

Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəkləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğulayıb.

Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR