Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 174 nəfərdir.
Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 6-da keçirilən iclasında deyib.
O qeyd edib ki, hazırda bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınanların 8429 nəfəri 23 partiyanın namizədləridir.