Şimali Koreya orta mənzilli hipersəs ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, sınağın uğurla tamamlandığı bildirilib. Şimali Koreya mərkəzi xəbər agentliyinin məlumatına görə, ölkə lideri Kim Çen In raket sınaqlarını şəxsən izləyib. Kim dünyada yalnız bir neçə ölkənin belə bir silah sisteminə sahib olduğunu ifadə edib. Hipersonik raketin Sakit okean bölgəsindəki bütün rəqiblərə qarşı istifadə edilə biləcəyini qeyd edən Kim, raket sınağının müdafiə məqsədi ilə həyata keçirildiyini bildirib. Raketin istehsalında yeni komponentlərdən istifadə edildiyi irəli sürülüb.
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın Yapon dənizinə doğru hipersəsli raket atdığını və raketin təxminən 1100 kilometr uçduqdan sonra suya düşdüyünü açıqlamışdı. Bu, Şimali Koreyanın yeni ildə ilk raket sınağıdır.