Türkiyəli məşqçi Arda Turanla çalışmaq istəyən klublardan birinin adı məlum olub.
Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" və "Barselona" kimi klublarda çıxış edən Arda Turan İspaniyadan təklif alıb. Türkiyənin nüfuzlu jurnalisti Ali Naci Küçükün xəbərinə görə, La Liqa komandalarından olan "Xetafe" Arda Turanı komandaya baş məşqçi təyin etmək istəyir. Gənc çalışdırıcıya “Xetafe”dən başqa bir çox komandadan da marağın olduğu bildirilib. Təkliflərə baxmayaraq, mövsümü “Eyüpspor”da başa vurmağın Arda üçün prioritet olduğu bildirilib. Arda Turanın Avropa səhnəsində yer alan klubu çalışdırmaq istədiyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Ardanın nüfuzlu klubla razılığa gəldiyi barədə xəbərlər dərc edilmişdi. Klubun adı açıqlanmasa da, Ardanın anlaşdığı klubun Çempionlar Liqası səviyyəsində olduğu deyilir. Ötən mövsüm Arda Turan “Eyüpspor”la 36 matçın 25-də qalib gəlib. Onun komandası ötən mövsüm 3 heç-heçə və 8 məğlubiyyətə imza atıb. Beləliklə klub TFF 1-ci Liqada çempion olub. "Eyüpspor" bu mövsüm tarixində ilk dəfə Super Liqaya yüksəlib. Arda Turanın klubu Super Liqada ilk beşlikdə qərarlaşıb.