"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen "Mançester Yunayted"in təklifini rədd edib.
Metbuat.az xəbər verir ki, “Çelsi” və Səudiyyə Ərəbistanı Pro Liqası komandalarından gələn təkliflər aşağı büdcəli olduğuna görə qəbul edilməyib. “Mançester Yunayted”in təklifi maddi baxımdan daha yüksək olsa da, Osimhen təklifi qəbul etməyib. Osimhen "Mançester Yunayted"in təklifinə cavab olaraq "Napoli"nin idman direktoru Covanni Mannaya mövsümün sonuna qədər "Qalatasaray"da qalmaq istədiyini bildirib. "La Repubblica"nın məlumatına görə, "Napoli"nin prezidenti Aurelio De Laurentis Osimhenin qərarına sərt reaksiya verib. Prezident bildirib ki, futbolçunun bu münasibəti “Napoli”nin planlarını çətinləşdirir.
Qeyd edək ki, Viktor Osimhen 2023-cü ildə "Napoli" ilə yeni müqavilə imzalayıb və müqaviləsinə 120 milyon avroluq sərbəst qalma maddəsi əlavə edilib.