Rusiya Avstriyadan iki diplomatının çıxarılmasına cavab verəcək

Rusiyanın Vyanadakı səfirliyi Avstriya hakimiyyətinin iki rus diplomatını persona non-qrata elan etmək qərarına qəzəbləndiyini və Moskvanın buna qətiyyətli cavab verəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin teleqram kanalında yaydığı bəyanatında deyilir.

"Avstriya Xarici İşlər Nazirliyinin Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan etməsi qərarından qəzəblənirik. Əvvəlki qovulma epizodlarında olduğu kimi, bu dəfə də Diplomatik Münasibətlər haqqında Konvensiyanın pozulmasına dair heç bir sübut təqdim edilmədi. Bu, Avstriya hakimiyyətinin sırf siyasi qərarıdır, biz bunu qətiyyən qəbul etmirik”, - deyə səfirliyin məlumatında qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı