İstehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlandı

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 954,7 milyon manat təşkil edib ki, onun da 908,2 milyon manatı heyvandarlıq, 46,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,3 faiz azalıb, bitkiçilik məhsulları istehsalı isə 3,8 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 41,0 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib, 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı