Türkiyəli alimlər zəlzələni öncədən xəbərdar edən layihə hazırlayıblar.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Dokuz Eylül Üniversitenin professoru Həsən Sözbilir İzmir üçün 3 il əvvəl başladıqları zəlzələ erkən xəbərdarlıq sistemi layihəsinin sonuna gəldiklərini deyib.
"Proqram, dizayn, həm də mexanizm olmaqla tamamilə yerli zəlzələ xəbərdarlığı sistemi inkişaf etdirdik. Hazırladığımız sistemi gələn aydan başlayaraq 6 aylıq sınaq müddətində işləyəcək. Sistem İzmirin fərqli nöqtələrindəki 12 stansiyaya yerləşdirəcək və baş verəcək zəlzələlərlə bağlı bizə öncədən məlumat verəcək", - deyə professor bildirib.
Həsən Sözbilirin sözlərinə görə, sistemin ərsəyə gəlməsi 3 il çəkib, onun sayəsində zəlzələdən 16 saniyə əvvəldən xəbərdar olmaq olar.