“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

Milyarder İlon Maskın şirkəti "SpaceX" ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, şirkətin 2021-ci ildə (Pentaqon yanında) ABŞ Milli Aerokosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına "Starshield" bölməsi cavabdehdir.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi quru qoşunlarını dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiya yatırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı