Bu tarixdə dollarla bağlı vacib qərar veriləcək

Martın 20-də ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) Pul Siyasəti Komitəsinin iclası keçiriləcək.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, iclasda dolların mart ayı üzrə faizi ilə bağlı qərar veriləcək.

İqtisadçılara görə, FED-in 2024-cü ilin ilk yarısında faiz endiriminə başlaya bilmə ehtimalı zəifləyib. Çünki həftə ərzində ABŞ-da açıqlanan həm istehlakçı, həm də istehsalçı inflyasiyası proqnozları aşıb.

İclasda faiz dərəcəsinin sabit saxlanılacağı ehtimal edilir. FED-in faizləri may ayında azaltmağa başlaması ehtimal 7%, iyun ayında isə 59% olaraq dəyərləndirilib.

Qeyd edək ki, bu ilin ilk faiz qərarı yanvarda açıqlanıb və faiz dərəcəsini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50% səviyyəsində sabit saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı