“ABŞ Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır” - Siyasətçi

“Azərbaycan- ABŞ münasibətləri demokratların və respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq müəyyən qədər təsirləri ola bilər”.

Bu fikirləri Metbuat.az-a Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı bildirib. O hesab edir ki, Azərbaycanın ABŞ-la bağlı mövqeyi bəllidir, ABŞ kimi super dövlətlə münasibətlərdə də imkan vermir ki, nəyisə diktə etsinlər:


“Artıq Azərbaycanın mövqeyi ilə bir çox dövlətlər hesablaşırlar. Hazırda ABŞ-nin özündə hakimiyyət uğrunda uyğun olmayan namizədlər arasında mübarizə gedir. Bu partiyalardakı şəxslərin mövqeyi o qədər də önəmli deyil. Amma onların Azərbaycana qarşı münasibətlərini də biz müəyyənləşdiririk.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra Amerikanın mövqeyi bəllidir, kifayət qədər sərt münasibət sərgilədilər. Hətta Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq olunması müzakirə edildi, Konqresdə Azərbaycana qarşı qərarlar, qətnamələr qəbul olundu. Amma Azərbaycan bu xəttin səbəbkarlarını müəyyən qədər neytrallaşdıra bildi və nəticələri də qənaətbəxşdir”.

ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycana təbrik ünvanlaması barədə fikir bildirən Akif Nağı qeyd edib ki, bu regionda münasibətlərin inkişafı baxımından atılmış müsbət addımdır:

Baxmayaraq ki, Azərbaycanda prezident seçkilərinin nəticələrinə ABŞ prezidentinin mövqeyini görmədik, amma Novruz bayramı ilə bağlı münasibətini hər kəsdən əvvəl bildirdi. ABŞ Azərbaycanın regionda sabitlik və sülh naminə əməkdaşlığa tərəfdar olduqlarını bildirirlər. Bu yaxşı bir cəhətdir və bu təbrik müəyyən mənada əhəmiyyətlidir.

Eyni zamanda, Azərbaycan Ermənistan münasibətlərini bir daha vurğulayırlar. Sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirirlər. Hesab edirəm ki, okeanın o tayında kimin seçilməsindən asılı olmayaraq, Azərbaycan- Amerika münasibətləri qarşılıqlı maraqlar əsasında davam etdiriləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı