Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Bu ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

Metbuat.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı