Jurnalistin anasının ölümü ilə bağlı TƏFƏRRÜAT

Tanınmış jurnalist Fərahim Qasımov anasının ölüm səbəblərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir:

“Anam Bahar Qasimova bu gün İstanbul NS klinikasından sistem köçürülməsi üçün Stimul Hospitala gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. SH-a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var. Bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq. Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar.

İ.Hüseyn atama deyib ki, xanımız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ.Hüseyn hospitalda olub”.

Xatırladaq ki, Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Sabunçu rayon Prokurorluğu Bahar Qasımovanın ölümü ilə bağlı araşdırmalara başlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı