Əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR