Ayrılmaq istədiyini rəhbərliyə bildirdi - Qurbanovun "əsəri" gedir

"Qarabağ"ın ötən ilin yayında sıralarına qatdığı Juninyo bu mövsümün sonunda Azərbaycandan ayrıla bilər. Premyer Liqanın geridə qalan 27 turunda 15 qol vuran və bombardirlər siyahısına başçılıq edən braziliyalıya bir çox təkliflər var.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Avropa və Asiyadan 10-ya yaxın klubu 27 yaşlı hücumçuya menecerlər vasitəsilə dəvət göndərib.

"Beşiktaş" da daxil, aldığı yeni çağırışlar və vəd olunan pullar cənubi amerikalı forvardın fikrini qarışdırıb. "Sambaçı" Azərbaycanı tərk etmək istəməsi barədə klub rəsmilərini məlumatlandırıb.

Kasıb ailədə dünyaya göz açdığını xatırladan Juninyo ayağına gələn təkliflərdən birini dəyərləndirmək fikrində olduğunu deyib.

Qeyd edək ki, "Atletiko PR"in (Braziliya) yetirməsi olan hücumçu ötən mövsüm "Şaviş"in heyətində Portuqaliya çempionatında 30 oyunda 4 qol vurub. "Qarabağ" bu transfer üçün qarşı tərəfə 400 min dollar civarında təzminat ödəyib və 3 illik müqavilə bağlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı