Bayramı güclü qarla qarşıladılar: Bu rayonda sərt şaxta var - VİDEO

Qubanın dağlıq ərazilərinə İlaxır çərşənbədə qar yağıb.

Metbuat.az xəbər verir ki, qar gecə saatlarından etibarən yağmağa başlayıb. Rayonun Dərk, Qrız kəndləri və ətraf ərazilər ağ örpəyə bürünüb.

Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, 3 santimetr qar düşən Qrız kəndində mənfi 3,2 dərəcə şaxta qeydə alınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı