Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.