Sumqayıtda zəncirvari qəza baş verib

Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var.

Metbuat.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq, digər iki avtomobilə çırpılıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR