Terrorda həlak olanların ilkin siyahısı açıqlandı

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq “Crocus City hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.

Metbuat.az bildirir ki, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.

Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. “Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək”, - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR