Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səyyad Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR