Azərbaycan millisi İrəvana getməkdən imtina etdi

Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir:

”Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.

Yaqub Abdullayev əsas məqsədlərinin May ayında Serbiyada keçirilməsi nəzərdə tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:

”Önümüzdə təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna yönəltmişik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı