Mərkəzi Bank sabah bu qərarı verəcək

“Trading Economics” martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağını proqnozlaşdırıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, beynəlxalq iqtisadi statistika portalı AMB-nin İdarə Heyətinin qərarının faiz dərəcəsinin 7,75%-dən 7,25%-ə endirilməsi istiqamətində olacaq.

    “Trading Economics” bu ilin ikinci rübündə Mərkəzi Bankın uçot dərəcəsini 7%-ə, sonuncu rübdə isə 6,5%-ə endirəcəyini proqnozlaşdırıb.

    Xatırladaq ki, AMB son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı